Rusiya və ABŞ ballistik raket buraxılışları ilə bağlı bir-birini əvvəlcədən xəbərdar edir - ÖZƏL

"Rusiya qitələrarası ballistik raketlərin (ICBM) və sualtı qayıqlardan buraxılan ballistik raketlərin (SLBM) qarşıdan gələn təlim buraxılışlarından ən azı 24 saat əvvəl ABŞ-ı xəbərdar edir".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Strateji Raket Qüvvələrinin komandanı general-polkovnik Sergey Karakayev deyib.
"SSRİ və ABŞ arasında ICBM və SLBM buraxılışları haqqında bildirişlər 1988-ci ildə mövcud olan Sazişə və qüvvədə olan Yeni START Müqaviləsinə uyğun olaraq, biz Milli Nüvə Riskinin Azaldılması Mərkəzi vasitəsilə ABŞ-a buraxılış barədə məlumat veririk" - deyə, komandir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31