Rusiya 2023-cü ildə təkmil mobil raket sisteminin yaradılmasına başlayacaq - ÖZƏL
16 Dekabr 2022 11:50 Dünya"Rusiya 2023-cü ildə yeni qitələrarası mobil əsaslı ballistik raketin yaradılmasına başlayacaq".
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Strateji Raket Qüvvələrinin komandanı general-polkovnik Sergey Karakayev bildirib.
"Gələn il biz Yars yol-mobil qitələrarası ballistik raket sistemi ilə müqayisədə daha çox hərəkət qabiliyyətinə malik olan təkmil mobil əsaslı raket sisteminin yaradılmasına başlayacağıq" - deyə o, qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31