Ayaqyoluna gedən kişiyə pələng hücum edib onu öldürdü - Daha iki nəfər yaralanıb
14 Dekabr 2022 16:19 DünyaHindistanın Madhya-Pradeş ştatının Seoni şəhəri yaxınlığındakı kənddə pələng tualetdə oturan kişini öldürüb, iki nəfəri isə yaralayıb.
55 yaşlı Chunila Patl-ın Penç Pələng Qoruğunun yaxınında yerləşən kənddə yaşadığı bildirilir.
Kişi ayaqyoluna gedərkən pələngin hücumuna məruz qalıb, hindistanlı öldürüb, bundan sonra heyvan tarlada pusqu quraraq daha iki nəfərə hücum edib.
Yaralılar rayon xəstəxanasına çatdırılıb. Yırtıcının hücumu nəticəsində həmyerlisinin ölümündən sonra yerli sakinlər etiraz aksiyası keçirərək rəsmiləri bu ərazidə yaşayan vəhşi heyvanlardan əhalini qorumaq üçün heç bir tədbir görməməkdə ittiham ediblər.
Nəşrin məlumatına görə, yerli sakinlər dəyənək və dəmir barmaqlıqlarla silahlanıb, hökumətin 6 avtomobilini sındırıb və qoruğun baytarına hücum ediblər.
Hadisə yerinə gələn etirazçılar polisə pələngin yaxınlıqda haradasa gizləndiyini bildiriblər.
Azmedia.az