Rusiya BMT-nin biznes fəaliyyəti haqqında sazişinə qoşulmağa çalışır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi Asiya-Sakit Okean regionunda (APR) sadələşdirilmiş biznes sistemi və transsərhəd sənədsiz ticarət haqqında BMT -nin çərçivə sazişinə qoşulmaq üzrə işə başlayıb . Bu barədə TASS İqtisadi İnkişaf Nazirliyinin çoxtərəfli iqtisadi əməkdaşlıq və xüsusi layihələr departamentinin direktoru Natalya Staprana istinadən məlumat yayıb. 

Onun sözlərinə görə, dost dövlətlərin bazarlarında Rusiya üçün yaxşı ticarət şəraiti yaratmaq üçün  yeni regional sazişlərin xüsusiyyətlərinə vaxtında diqqət yetirmək lazımdır.

"Biz sazişin ratifikasiyası üçün hökumətə sənədlər təqdim etmişik. Biz gözləyirik ki, gələn il onlar qəbul olunacaq və 2023-cü ilin sonuna qədər Rusiya BMT-nin çərçivə sazişinin fəal iştirakçısına çevriləcək". 

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya ilə Qərb arasında münasibətlər əvvəlki səviyyədə bərpa olunmayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31