Rusiya Ukrayna münaqişəsinə sülh yolu ilə son qoymaq istəyir, lakin əməliyyatı davam etdirməlidir – ÖZƏL

"Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə, danışıqlar masası arxasında həllini istəyir, lakin xüsusi hərbi əməliyyatını davam etdirməlidir".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
"Minsk razılaşmalarının təminatçılarından biri olan keçmiş Almaniya kansleri Angela Merkel sayəsində biz indi dəqiq bilirik ki, Qərb sadəcə vaxt qazanır. O, Ukraynanı silahlandırmağa çalışırdı və bu cür vəziyyətə hazırlaşırdı. ", - deyə rusiyalı diplomat bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31