"Ancaq Türkiyə buna boyun əymədi" - Rəcəb Tayyib Ərdoğan

Xaricdə Türkiyənin düşmənlərinin, daxildə də onların kuklalarının tələsini pozacağıq.

Olaylar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Türkiyənin terrorizmə qarşı mübarizəsi qətiyyətli şəkildə davam edir. Terror təşkilatları üzərindən bizim qarşımızı kəsməyə çalışdılar. Ancaq Türkiyə buna boyun əymədi. Biz terrorçuların yuvalarına girib onları məhv edəcəyik. Hazırda Türkiyə parlamentində terror təşkilatının dəstəkçiləri var. 2023-cü ildə bunları parlamentdən təmizləyəcəyik", - Türkiyə lideri bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31