9 ölkəyə sanksiya TƏTBİQ EDİLDİ
9 Dekabr 2022 20:44 DünyaABŞ Rusiya da daxil olmaqla doqquz ölkədən 40-dan çox fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada deyilir.
Sənədə görə, həmin şəxslərə korrupsiyada iştiraka və insan hüquqlarının pozulmasına görə sanksiyalar tətbiq olunur.
Qara siyahıya Rusiya, Qvatemala, Qvineya, İran, Şimali Koreya, Mali, Çin, Salvador və Filippin nümayəndələri daxildir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31