“Twitter”in baş ofisindəki çarpayılar diqqət çəkdi - FOTO
9 Dekabr 2022 16:27 DünyaBBC jurnalisti Ceyms Kleyton "Twitter"in San-Fransiskodakı baş ofisinin işçiləri üçün quraşdırılmış çarpayıların fotolarını dərc edib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, şəkillər müxbirin "Twitter" hesabında yerləşdirilib.
Onun sözlərinə görə, kabinetdə çarpayı kimi açıqlmış bir neçə divan da var. "Görünür, bir çox "Twitter" əməkdaşı gecəni işdə qalır", - deyə o qeyd edib.
O bildirib ki, sosial şəbəkənin yeni sahibi İlon Mask da mütəmadi olaraq "Twitter"in ofisində yatır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31