Rusiyanın paytaxtı Moskvadakı "Meqa Ximki" ticarət mərkəzindəki OBİ şipermarketi yanıb.
Milli.Az bildirir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyi yanğını 5 mümkün ağırlıq dərəcəsindən 4 səviyyəsində dəyərləndirib.
Səhər saatlarında başlanmış güclü yanğını söndürmək üçün əraziyə onlarla yanğınsöndürən heyət cəlb olunub.
Hipermarketdə 18 min kvadrat metrlik ərazidə bütün tikililər yanıb, tavanlar çöküb.
Moskvalılar sosial şəbəkələrdə hadisəni "İlin yanğını" kimi qiymətləndirirlər.
"Meqa Ximki" ticarət mərkəzində yanğının səbəbləri avadanlığın nasazlığı və iş zamanı pozuntulardır.
Bu barədə Moskva fövqəladə hallar xidmətinin məlumatında bildirilir. Digər versiyalar hələlik istisna edilir.