NATO Kiyevin Rusiya aerodromlarına hücum planlarından xəbərdar idi - ÖZƏL
8 Dekabr 2022 16:43 Dünya"NATO Ukrayna Silahlı Qüvvələrinin Rusiya aerodromlarına pilotsuz təyyarələrin hücumuna hazırlığından xəbərdar idi".
Olaylar.az xəbər verir ki, bunu hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə Rusiyanın nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib.
"Rusiyanın Dyagilevo və Engels strateji aerodromlarına qarşı təxribatlar, o cümlədən Tu-141 "Strizh" reaktiv döyüş pilotsuz təyyarələri nüvə təhlükəsizliyinə ciddi təhdidlər yarada bilərdi", - diplomat ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun plenar iclasında qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31