Rusiya ABŞ ilə yalnız bərabər əsasda dialoqa hazırdır - ÖZƏL
8 Dekabr 2022 16:40 Dünya"Moskva Vaşinqtonla yalnız bərabərlik prinsipi və təhlükəsizliyi ilə bağlı narahatlığını lazımi şəkildə nəzərə alaraq dialoqa hazırdır və ABŞ tərəfini vicdanla işləməyə çağırır".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfirliyi bildirib.
"Biz Amerika tərəfini vicdanla işləməyə çağırırıq. Rusiyanın maraqlarına məhəl qoymamaq, eləcə də Vaşinqtonun özünün müstəsnalığına və üstünlüyünə inanaraq xarici siyasətini düşünmədən həyata keçirməsi artıq dünya siyasətində və iqtisadiyyatında böyük problemlərə, böhranlara səbəb olub" - səfirlik qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31