Taliban yeni hakimiyyətdə ilk açıq edamını həyata keçirdi
8 Dekabr 2022 10:26 DünyaTaliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ilk açıq edamı həyata keçirib.
Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, adam öldürdüyünü etiraf edən Tacmir adlı şəxsin edamında bir neçə hakim, hərbi qulluqçular və nazirlər iştirak edib.
Talibanın məlumatına görə, 5 il əvvəl Mustafa adlı şəxsi bıçaqlayaraq qətlə yetirən Tacmirin cəzasını Molla Axundzadə təsdiqləyib.
Qeyd edək ki, Taliban hərəkatı ötən ilin avqustunda Əfqanıstanda hakimiyyətə qayıdıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31