"Moskva ilə Kiyev arasında sülh danışıqları üçün heç bir şərt yoxdur"- ÖZƏL
7 Dekabr 2022 13:51 DünyaOlaylar.az xəbər verir ki, NATO -nun baş katibi Yens Stoltenberq hesab edir ki, Rusiya və Ukrayna arasında sülh danışıqları üçün şərait hələ yaradılmayıb.
"Hələ şərait yaradılmayıb, çünki Rusiya Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməklə danışıqlara hazır olduğuna dair siqnallar verməyib. Amma buna nə mən, nə də Brüssel qərar verməli deyil. Ukraynalılar danışıqların vaxtının nə vaxt gəldiyinə qərar verməlidirlər", - Stoltenberq bildirib.
O, həmçinin xatırladıb ki, alyans "Ukraynanın suveren dövlət kimi özünümüdafiə hüququnu dəstəkləyir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31