Türkiyədə limanda partlayış olub - VİDEO
2 Dekabr 2022 13:22 DünyaTürkiyənin Samsun limanında partlayış olub.
Bu barədə Trend DHA-ya istinadən məlumat verir. Limanda gəmilərdən götürülən tullantı yağların saxlandığı çənlərdən birində baş verən partlayış nəticəsində yanğın başlayıb.
Əraziyə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Ekipajların müdaxiləsi ilə yanğın nəzarət altına alınaraq söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31