Ukrayna hərbçiləri arasında fərarilərin sayı artır - ÖZƏL
2 Dekabr 2022 12:48 Dünya"Bu həftənin əvvəlində son doqquz ayda Ukrayna itkilərinin sayını açıqlayan Avropa Komissiyasının sədri Ursula fon der Leyenin bəyanatından sonra ukraynalı hərbçilər xüsusi hərbi əməliyyat zonasındakı mövqelərini tərk ediblər". Olaylar.az xəbər verir ki, bu barədə Luqansk Xalq Ordusunun zabiti Andrey Maroçko məlumat verib.
Onun sözlərinə görə, xüsusi hərbi əməliyyat zamanı Ukraynanın verdiyi itkilərlə bağlı fon der Leyenin açıqlaması ilə yaranan qalmaqal Ukrayna qoşunlarının mənəviyyatına çox mənfi təsir edib:
"Xüsusi əməliyyat zonasında öz mövqelərini tərk edən təxribatçıların və insanların getdikcə daha çox olması, həmçinin komandirlərlə mübahisə və dedovşinaların sayı artıb. Narkotik və alkoqol qəbulu halları da artıb. Bundan başqa, Ukraynada sosial gərginlik kəskin şəkildə artıb" - Maroçko deyib.