Çində 33 min nəfərdə koronavirus aşkarlanıb
25 Noyabr 2022 13:29 DünyaÇin həkimləri son sutka ərzində 32 943 yeni koronavirusa yoluxma halı aşkar ediblər ki, bu da əvvəlki günlə müqayisədə 4 faiz çoxdur.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi bildirib.
Məlumata əsasən, yeni yoluxma halları arasında 90,5 faiz asemptomatikdir. 29 840 asimptomatik xəstədən 186-sı xaricdən Çinə gəlib, qalanları isə ölkədə yoluxub.
Gün ərzində 3103 nəfərdə COVID-19- yoluxma faktı təsdiqlənib. Onlardan 62-si Çinə xaricdən gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31