"Biz bu işə qarışmırıq, heç kimi öldürmürük" - Lukaşenko
24 Noyabr 2022 21:58 DünyaBizim 40 minlik qoşunumuz Ukrayna müharibəsində Rusiyaya yardım edə bilməz.
Olaylar.az xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenko deyib.
"Silahlı Qüvvələrimizdən orada necə istifadə edə bilərik? 35-40 min, onlar problemi həll etməyəcək. Ordumuzun birbaşa iştirakı vəziyyəti daha da pisləşdirəcək. Bu, Belarusun münaqişədəki rolu deyil. Biz bu işə qarışmırıq, heç kimi öldürmürük, canlı qüvvələri ora göndərmirik", - deyə Lukaşenko bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31