Sergey Lavrov və Mirzoyan arasında telefon danışığı olub

Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.

Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, telefon danışığında İrəvanda baş tutacaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının sessiyası müzakirə edilib.

Qeyd edək ki, KTMT-nin növbəti sammiti noyabrın 23-də baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31