“Twitter” iflasa uğraya bilər

Sahibkar İlon Mask "Twitter" işçilərinə ilk müraciəti zamanı şirkətin iflasa uğraya biləcəyini açıqlayıb.

O bildirib ki, şirkətin gəlirləri artmasa, müəssisə müflis ola bilər.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl "Twitter"in sahibi olan iş adamı şirkət əməkdaşlarına bir sıra sərt xəbərdarlıqlar edib. İşçilərə ofisdə 40 saatlıq iş həftəsinə hazır olmaları bildirilib. Həmçinin ofisdə pulsuz yemək kimi üstünlüklərin də ləğv olunacağı qeyd edilib.

Bundan əlavə, Mask işçilərə evdən işləməyi də qadağan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31