Tonqa bölgəsində baş verən 7,3 bal gücündəki zəlzələdən sonra sunami xəbərdarlığı edilib ÖZƏL
11 Noyabr 2022 16:51 DünyaTonqa hökuməti cümə günü paytaxtdan 207 km aralıda dənizdə baş verən 7,3 bal gücündəki zəlzələdən sonra sunami xəbərdarlığı verilmişdir və sakinlərə ölkə daxilində daha yüksək yerə köçmələri barədə müraciət edib.
Olaylar.az xəbər verir ki, "Birləşmiş Ştatların Geoloji Xidməti"-nin məlumatına görə, zəlzələ Neafu şəhərindən təxminən 207 km cənub-şərqdə, dənizin 24,8 km dərinliyində baş verib.
"Sakit Okean Sunami Xəbərdarlığı Mərkəzi"- nə görə, Amerikaya məxsus Samoa adası üçün də sunami xəbərdarlığı verilib. Zəlzələdən daha təhlükəli hesab olunan sunami dalğalarının Niue və Tonqa sahilləri boyunca episentrdən 300 km məsafə uzaqlığa qədər irəliləyəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31