Dəhşətli hadisə: Təbaşirlə köynəyini ləkələdiyi üçün sinif yoldaşını ÖLDÜRDÜ
11 Noyabr 2022 16:37 DünyaStavropol diyarında rayondakı məktəb şagirdi paltarını təbaşirlə ləkələdiyi üçün sinif yoldaşını öldürüb.
Vəziyyət tətil zamanı baş verib.Olaylar.az xəbər verir ki, barədə Telegram 112 kanalında məlumat verilib.
Qeyd olunur ki, hadisə Barsukovskaya kəndində yerləşən məktəbdə baş verib.
İlya P. Yaroslav D.-nin məktəbli formasını təbaşirlə yazıb. Öz emosiyalarına hakim ola bilməyən Yaroslav D. sinif yoldaşının sinəsinə təpik vurub.
Bundan sonra İlya huşunu itirib. Hadisə yerinə tibb işçiləri gəlsə də, oğlanı xilas etmək mümkün olmayıb, o, yerindəcə keçinib.
Yaroslav saxlanılaraq istintaq şöbəsinə aparılıb, mərhumun meyiti isə yarılma üçün göndərilib.
Azmedia.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31