Brüsseldə polis məmuru bıçaqlanaraq öldürüldü ÖZƏL

Brüsseldə bıçaqlı hücum nəticəsində bir polis məmuru ölüb, daha biri yaralanıb.

Olaylar.az xəbər verir ki, iki zabit  Brüsselin Şimal dəmiryol vağzalı yaxınlığında bıçaqlandıqdan sonra xəstəxanaya aparılıb.

Prokurorlar deyirlər ki, şübhəli daha əvvəl polis bölməsinə gələrək psixoloji yardım istəyib.

Hücumun motivi məlum deyil, lakin antiterror rəsmiləri istintaqı öz üzərinə götürdüklərini deyirlər.
Bıçaqlanan zabitin isə cəmi 20 yaşı var idi.
Hücumun motivi hər nə qədər məlum olmasa da, rəsmilər daha sonra bildirib ki, şübhəli şəxs cümə axşamı günü səhər Şerbek bölgəsindəki "Evere" polis bölməsinə daxil olaraq tutarsız ifadələr verib və polislərə qarşı olan nifrətindən danışıb.

Police officers at the scene of the attack

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31