NASA-dan yeni iddia: "Bu mikroblar qədim zamanlarda Marsda həyat olduğunu sübut edə bilər" - ÖZƏL/FOTO

Avstraliyada tapılan 3,5 milyard il əvvələ aid olan qayalar elm adamlarına Marsda nə vaxtsa həyatın olub-olmadığını öyrənməyə kömək edə bilər.

Olaylar.az xəbər verir ki, Avstraliya qayalarını tədqiq edən tədqiqatçıların dediklərinə görə, tapıntılarda rastlanan qədim mikroblar canlı həyatının varlığına, yaranma tarixinə və kəmiyyətinə dair hədsiz dərəcədə  önəmli və dəqiq detalları bizə çatdıra bilərlər.

Onlar əlavə edir ki, "NASA"-nın "Perseverance" roveri Marsda paralel şəkildə araşdırmalar aparmalı və bu mikrobların izini axtarmalıdır.

Hazırda bu "təkərli robot" çox qədim zamanlarda Qırmızı Planetdə  bioloji strukturun yer aldığını sübut edəcək dəlil axtarır.

Qeyd edək ki, "NASA" ilə şərik işləyən London Təbiət Tarixi Muzeyinin alimləri Avstraliyanın qərbindəki bir sıra qübbələrdə sözü gedən qədim mikrobların izini tapıblar.
MapRover selfiePalisade structuresStromatolites

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31