Taliban qadınları Kabil parklarına buraxmağı qadağan etdi - ÖZƏL/FOTO
11 Noyabr 2022 12:48 DünyaTaliban qadınların Əfqanıstandakı ictimai həyatdan uzaqlaşdırmaq yolunda qətiyyətlə addımlayır. Yeni qanunlarına əsasən, qadınların Kabildəki bütün parkları ziyarət etmələrini qadağan edilib.
Olaylar.az xəbər verir ki, Fəzilət Nazirliyinin katibi bildirib ki, paytaxtdakı parkları idarə edənlərə qadınları içəri buraxmamaq göstəriş olunub. Qrup parklarda İslam qanunlarına əməl edilmədiyini iddia edir. Mübariz islamçılar 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra qadınların hüquq və azadlıqları ciddi şəkildə məhdudlaşdırılıb.Talibanın insanları cinsiyyətə görə ayırma qaydalarına əsasən, qadınlara həftənin üç günü - bazar, bazar ertəsi, çərşənbə axşamı, qalan dörd gün isə kişilərə parkları ziyarət etməyə icazə verilir.İndi qadınların hətta kişi qohumlarının müşayiəti ilə birlikdə belə olsa, parka girişlərinə icazə verilməyəcək.
Məhdudiyyət məhrəmli (kişi müşayiəti) olan və ya olmayan bütün qadınlar üçündür.
