ABŞ-ın Rusiyanın bazar iqtisadiyyatı statusunu ləğv etmək addımı məntiqsizdir - ÖZƏL
11 Noyabr 2022 11:54 Dünya"Vaşinqtonun Rusiyanın bazar iqtisadiyyatı statusunu ləğv etmək qərarı məntiqsizdir".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
Rusiya səfirliyinin rəsmi Telegram kanalında yerləşdirilmiş bəyanatda səfir ABŞ Maliyyə Nazirliyinin Rusiya diplomatik missiyalarına təsir edən maliyyə məhdudiyyətlərini aradan qaldırmaq qərarını alqışlayıb.
Eyni zamanda, o vurğulayıb ki, bu addım Birləşmiş Ştatların dünya bazarlarında çoxsaylı qeyri-legitim birtərəfli maneələrin yaratdığı disbalanslara görə məsuliyyətdən azad etmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31