Rusiyanın 20 milyard dollarlıq aktivləri DONDURULDU

Böyük Britaniya Rusiyanın 18,4 milyard funt sterlinq (20,9 milyard dollar) məbləğində aktivlərini dondurub.

Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, ölkə rəsmiləri bildiriblər ki, buna səbəb Rusiyanın Ukraynaya genişmiqyaslı hücumlarını davam etdirməsidir.

Bura maliyyə aktivləri, o cümlədən səhmlər və pul vəsaitləri daxildir.

Qeyd edək ki, ölkə Rusiyaya qarşı sanksiyaları davam etdirmək üçün Maliyyə Sanksiyalarının İcrası İdarəsinin işçilərinin sayını iki dəfə artırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31