ABŞ və Çin liderləri arasında görüş olacaq
10 Noyabr 2022 21:21 DünyaNoyabrın 14-də İndoneziyanın Bali adasında keçirilən iyirmilik qrupunun (Böyük iyirmilik - G20) sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Cinpin arasında ikitərəfli görüş keçiriləcək.
Olaylar.az oxu.az-a istinadən bildirir ki, bu barədə cümə axşamı Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib.
Onun yaydığı yazılı açıqlamaya görə, görüş 14 noyabr 2022-ci ildə baş tutacaq.
"Liderlər Birləşmiş Ştatlar və Çin arasındakı əlaqələrin saxlanılması və genişləndirilməsi səylərini müzakirə edəcəklər. Həmçinin, dövlət başçıları bir sıra regional və qlobal problemlər üzərində də fikir mübadiləsi aparacaqlar", - Ağ Evin sözçüsü bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31