"Bu medalı əbədi qardaşlığın güclü simvolu kimi qəbul edirəm” - Rəcəb Tayyib Ərdoğan

Bu gün Səmərqənd şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev birgə mətbuat konfransı keçirib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, konfrans zamanı Prezident Ərdoğana Özbəkistanın ən yüksək dövlət medalı təqdim edilib.

Ərdoğan dövlət medalından çox məmnun olduğunu bildirib.

"Mən bu medalı ölkələrimiz arasında əbədi qardaşlığın güclü simvolu kimi qəbul edirəm", - deyə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31