On bir min işçinin ixtisarını planlaşdıran Mark Zukerberq: "Mən əvvəllər səhv etmişəm" ÖZƏL

Facebook-un ana şirkəti Meta bu gün məyusedici qazanclar və gəlirlərin azalmasından sonra xərcləri azaltmaq üçün 11 mindən çox işçinin işdən çıxarılacağını açıqladı.

Olaylar.az xəbər verir ki, geniş iş yerlərinin ixtisarı, Elon Musk-a məxsus Twitter və Microsoft da daxil olmaqla, digər böyük texnologiya şirkətlərindəki ixtisarlardan sonra baş verir.
"Bu gün Meta tarixində etdiyimiz ən çətin dəyişikliklərdən bəzilərini paylaşıram. Komandamızın sayını təxminən 13% azaltmaq və 11 000-dən çox istedadlı işçimizi buraxmaq qərarına gəldim", - Meta-nın baş icraçı direktoru Mark Zukerberq bu gün bloq yazısında bildirib.

Zukerberq əlavə edib: "Biz, həmçinin, ixtiyari xərcləri azaltmaqla və işə qəbulun dondurulma müddətini rübə qədər uzatmaqla daha incə və səmərəli şirkət olmaq üçün bir sıra əlavə addımlar atırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31