Fransa Azərbaycana yeni səfir təyin etdi

Fransa Azərbaycana yeni səfir təyin edib.

Fransa hökumətinin rəsmi saytı xəbər verir ki, bu barədə Prezident Emmanuel Makron noyabrın 9-da sərəncam imzalayıb.

Fransa Prezidentinin sərəncamına əsasən, xarici əlaqələr üzrə müşavir Anne Boillon Azərbaycana səfir təyin edilib.

Qeyd edək ki, xanım Bollion bu postda Zakari Qrossu əvəz edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31