Dünyanın ən təhlükəli köpək balığı qorxulu anlar yaşatdı FOTO/ÖZƏL

Bir qrup Yeni Zelandiyalı balıqçı, nəhəng mako köpəkbalığının sudan sıçrayaraq qayığa düşməsinin videosunu paylaşdı. Köpək balığının qayığın üzərində çırpındığı video hazırda internetdə gündəmə çevrilib.

Olaylar.az bildirir ki, balıqçı qrup padşah balığını tutmaq istədiyi zaman, saatda 74 km sürətə çata bilən dünyanın ən cəld balığı olan mako köpəkbalığı onların ovunu ələ keçirərək qayığın üzərinə tullanaraq çırpınmağa başlayıb.

Qeyd edək ki, adı çəkilən növ köpək balığı təxminən 150 kq ağırlığında və 2-3 metr uzunluğundadır. Bu rəqəmlər həmin hadisədə balıqçıların həyatı üçün ciddi təhlükə yaranmış olduğunu sübut edir.

 

Watch Shocking Moment Shark Leaps onto Fishing Boat off Maine Coast

 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31