Zaporojyedə partlayış səsləri eşidilib
10 Noyabr 2022 11:26 DünyaKiyevin nəzarətində olan Zaporojye şəhərində partlayış səsləri eşidilib.
Olaylar.az xəbər verir ki, bu barədə "Biz Rusiya ilə birlikdəyik" hərəkatının sədri Vladimir Roqov Solovyev telekanalının canlı efirində deyib.
"Hazırda müvəqqəti olaraq Ukraynanın nəzarətində olan Zaporojye şəhərində partlayışlar baş verir" - o, bildirib.
Qeyd edək ki, Roqov özünün Telegram kanalında ilk partlayışın saat 07:50-də baş verdiyinə də aydınlıq gətirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31