Səmərqənddə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir - FOTO
10 Noyabr 2022 11:04 DünyaSəmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası keçirilir.
Olaylar.az xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün XİN başçıları noyabrın 11-də təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının müzakirə edəcəyi məsələlər və imzalayacağı sənədlər ətrafında müzakirələri yekunlaşdıracaq.
Qeyd edək ki, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31