Vladimir Putin və Nikol Paşinyan arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Olaylar.az Trend-ə istinadən bildirir ki, telefon danışığı zamanı Putin və Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə hazırlığı müzakirə ediblər.

Qeyd edək ki, KTMT-nin sammiti noyabrın 23-də İrəvanda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31