Türkiyədə ağır yol qəzası BAŞ VERİB

Türkiyənin Ağrı əyalətində ağır yol qəzası baş verib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, 18-i sərnişin olmaqla 21 nəfərin olduğu avtobusun sürücüsü əyləc sistemində nasazlıq səbəbindən idarəetməni itirib. Qarşı zolağa keçən avtobus 2 yük maşınına çırpılıb, daha sonra isə alışıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb edilib. İlkin məlumata əsasən, qəza nəticəsində 7 nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlardan 2 nəfərin vəziyyəti ağırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31