Dubayda məşhur göydələn yandı
7 Noyabr 2022 10:31 DünyaDubayda 35 mərtəbəli "Emaar" adlı göydələndə güclü yanğın baş verib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, alovlar binanın bütün səthini əhatə edib.
Bununla belə, göydələndəki yanğının artıq söndürüldüyü bildirilir.
Yanğın nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələ ki məlumat açıqlanmayıb.
Qeyd edək ki, sözügedən göydələn "8 Boulevard Walk" adlı qüllələr qrupuna daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31