Norveçdə səma çəhrayı rəngə boyandı - FOTO

Norveçdə qeyri-adi şimal parıltısı müşahidə olunub.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bir qayda olaraq, yaşıl rəngə malik təbiət hadisəsi bu dəfə özünü fərqli rəngdə büruzə verib. Belə ki, ölkə səması çəhrayı rəngə boyanıb.

Mütəxəssislərin sözlərinə görə, bu amil Yerin maqnit sahəsindəki çatla əlaqədardır. Oksigen əvəzinə bu dəfə Günəş işıqları adətən radiasiyasının ümumiyyətlə çatmadığı azot təbəqəsi üzərinə düşüb ki, bu səbəbdən də səmadakı işıqlar yaşıl deyil, çəhrayı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31