3000-ci ildə insanlar belə olacaq - FOTO
5 Noyabr 2022 11:32 DünyaTexnologiyanın yayılması ilə insanların telefon və kompüter qarşısında keçirdikləri vaxt da artıb. Lakin yanlış istifadə nəticəsində insanların həm boyun nahiyələrində, həm də qollarında ağrılar yaranmağa başlayıb.
Olaylar.az KONKRET.az-a istinadən xəbər verir ki, ABŞ-da bir texnologiya icması alimlərlə məsləhətləşərək maraqlı araşdırmaya imza atıb.
Belə ki, icma insanların uzun müddət telefon istifadəsindən sonra 3000-ci ildə necə görünəcəyini açıqlayıb.
Qeyd edək ki, paylaşılan foto qısa zamanda böyük təsir bağışlasa da, fotodakı insanın forması görənləri qorxudub. Şəkildəki şəxsin həddindən artıq telefon işlətdiyi üçün boynunun əyildiyi və qalınlaşdığı, əlini də sərt saxladığı müşahidə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31