Qonşu ölkələrdə Ukraynanın hərbi bazası tikiləcək - ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Kiyev,Polşa, Slovakiya və Çexiya kimi mütəffiq ölkələrində hərbi texnikanın təmiri üçün bazalar yaradacaq.

Həddən artıq mürəkkəb təmir tələb edən texnika ölkə xaricinə çıxarılacaq.

Müasir texnikanın, o cümlədən artilleriya və zirehli texnikanın təmiri və texniki xidmətini Ukraynanın "müdafiəsi" üçün əsas çağırış adlandırılıb. Eyni zamanda, hərbi idarənin rəisi kiçik və sadə cari təmirin birbaşa döyüş birləşmələrində və ya Ukrayna müəssisələrinin qüvvələri tərəfindən aparılacağını gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31