"Əsas diqqəti taxıl müqaviləsinin uzadılmasına yönəldəcəyik" - Rəcəb Tayyib Ərdoğan
4 Noyabr 2022 23:24 Dünya"Türkiyə münaqişəyə son qoymaq üçün Rusiya və Ukrayna arasında danışıqların tezliklə bərpasının tərəfdarıdır".
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyə Rusiya və Ukrayna ilə yüksək səviyyəli danışıqlar aparmaqda maraqlıdır.
"Türkiyə danışıqlar zamanı əsas diqqəti taxıl müqaviləsinin uzadılmasına yönəldəcək", - deyə Ərdoğan bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31