23 tonluq raket HARA DÜŞƏCƏK?
4 Noyabr 2022 22:52 DünyaÇinin "Long March 5B" raketinin 23 tonluq əsas hissəsi çox yaxında planetimizə düşəcək. Bunun gələn həftənin sonunda baş verəcəyi gözlənilir. Raketin hara düşəcəyi hələ məlum deyil.
Olaylar.az milli.az-a istinadla xəbər verir ki, "Long March5B" oktyabrın 31-də kosmosa buraxılıb. Rabitə vasitəsi Tianqonq kosmik stansiyası üçün yeni modulu orbitə çıxardıb.
Çox tezliklə o, Yerə qayıdacaq, lakin uçuşunu idarə etmək mümkün olmayacaq. Hansı əraziyə düşəcəyi bilinmir.
"The Aerospace Corporation"-ın ekspertlər qrupu məsələyə zarafatyana şərh veriblər: "Bu gün lotereyada qalib gəlmək şansınız bu obyektdən zərbə almaqdan daha çoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31