İran Rusiyadan nüvə yardımı istəyir - ÖZƏL
4 Noyabr 2022 22:40 Dünyaİranın nüvə yanacağının istehsalı üçün materialların əldə edilməsi və Tehranın nüvə silahı proqramının sürətləndirilməsi üçün Rusiyadan kömək istədiyi iddia edilir, İran rəsmiləri bunu dəfələrlə rədd edir. Bu barədə ABŞ kəşfiyyatının adı açıqlanmayan məlumatlarına istinadən xəbər verilir.
Olaylar.az xəbər verir ki, kəşfiyyat məlumatlarına görə, İran Rusiya Federasiyasından əlavə nüvə materialları əldə etmək və nüvə yanacağı istehsalı üçün kömək istəyir ki, bu da Tehranın nüvə silahı yaratmaq üçün "sıçrayış vaxtını" əhəmiyyətli dərəcədə azalda bilər.
Rusiyanın Tehranın tələblərinə razı olub-olmaması qaranlıq olaraq qalır .
ABŞ prezident administrasiyası Moskva ilə Tehran arasında münasibətlərin mümkün inkişafını narahatlıqla izləyir.
Bundan əvvəl İran prezidenti İbrahim Rəisi ölkəsinin 43 il əvvəl azad edildiyini və bir daha ABŞ tərəfindən əsir götürülməməkdə qərarlı olduğunu bildirmişdi . Bu barədə o, ABŞ-ın Tehrandakı keçmiş səfirliyində İslam inqilabı tərəfdarları qarşısında çıxışı zamanı ABŞ prezidenti Co Baydenin İranın azad edilməsi ilə bağlı sözlərini şərh edərkən bildirib.