"O uşaqları məhz özləri Ukraynaya göndərdi” - Lukaşenko
4 Noyabr 2022 22:22 DünyaBelarus ordusunu Ukraynaya göndərmək planımız yoxdur.
Olaylar.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Qərb "Lukaşenko əsgərlərini Ukraynaya göndərir" deyə bağırır. Bu kimi planlarımın olmadığını min iki yüz dəfə demişəm. Belarusları Kiyev rejimi tərəfində döyüşməyə çağıranlar məhz belaruslu fərari müxaliflərdir. Mən dövlət rəhbəri olaraq sizi ora göndərmədim. Bizim Ukraynada görəcək işimiz yoxdur. İnsanları döyüşmək üçün Ukraynaya göndərməyə ehtiyacımız yoxdur. Məni nə üçün bunda ittiham edirlər? Çünki o uşaqları məhz özləri (müxaliflər - red.) Ukraynaya göndərdi", - deyə Lukaşenko bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31