"Türkiyə NATO-da önəmli müttəfiqdir" - Stoltenberq

Türkiyə milli müdafiə naziri Hulusi Akar və NATO rəhbəri Yens Stoltenberq arasında görüş baş tutub.

Olaylar.az xəbər verir ki, Akar və Stoltenberq Şəhidlər Abidəsini və Gelibolu yarımadasını ziyarət etdikdən sonra bir araya gəliblər.

Tərəflər görüş zamanı müdafiə və təhlükəsizlik, alyans məsələlərini müzakirə ediblər.

Akar bundan sonra da Türkiyənin NATO-dakı öhdəliklərini yerinə yetirəcəyini bildirib.

Stoltenberq rəhbəri Türkiyənin NATO-da önəmli bir müttəfiq olduğunu söyləyib, taxıl dəhlizinin yenidən açılmasında oynadığı roldan dolayı təşəkkürünü çatdırıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31