Texnologiyaya düşkünlüyümüz sayəsində insanlar 3000-ci ildə bu cür görünəcək: FOTO/ÖZƏL
4 Noyabr 2022 16:53 DünyaBir çox insan üçün telefonunsuz və ya noutbuksuz bir an bir ömür kimi hiss edilə bilər.
Ancaq göstərəcəyimiz bu dəhşətli model sizi cihazlarınızla daha az vaxt keçirməyə təşviq edə bilər.
Olaylar.az xəbər verir ki, tədqiqatçılar "Mindy" adlı qrotesk model yaradıblar və bu model texnologiyaya hədsiz düşkünlüyümüz nəticəsində 800 il sonra necə görünə biləcəyimizə dair məlumat verir.
Bükülmüş kürəyi, geniş boyunu, caynaqlı əli və hətta ikinci göz qapaqları ilə Mindi təqribən 3000-ci ilin qadın obrazı kimi canlandırılmışdır.
"Mindy"-nin əsas xüsusiyyətləri:
Daha qalın boyun;
"Mətn yazma"pəncəsi;
90 dərəcəlik dirsək;
Daha qalın kəllə;
Daha kiçik beyin;
İkinci göz qapağı.
Bu model texnologiyanın bədənimizə necə təsir etdiyini vizuallaşdırmaq üçün "Toll Free Forwarding" tərəfindən yaradılmışdır.
Modelin qurucusu "Smartfonlar, noutbuklar və digər texnologiyaların davamlı istifadəsi nəticəsində bədəni fiziki olaraq dəyişmiş olan gələcək insanı yaratmaq üçün 3D dizayneri ilə işləmiş, bu mövzuda elmi araşdırma və ekspert rəyləri əldə etmişik" deyə izah etdi.


