Yazıçı Suhel Set: "Yeni Dehlinin havası insanlığa qarşı cinayətdir" - ÖZƏL

Hindistan paytaxtının demək olar ki, bütün ərazilərində hava keyfiyyəti indeksi (HKİ) "ağır" və "təhlükəli" kateqoriyalara daxildir. 20 milyondan çox insan hər gün  Yeni Delhi şəhərinin çirkablı havasına məruz qalır. Şikayətlər isə artmaqdadır. Məktəblərin bağlanması üçün saysız-hesabsız müraciətlər edilir.

Olaylar.az xəbər verir ki, Delhi Mərkəzi Çirklənməyə Nəzarət Şurasının məlumatlarına görə, günün erkən saatlarında bir çox yerlərdə çirklilik indeksi 450-ni keçib. Federal hökumət deyir ki, 400-dən çox göstərici belə sağlam insanları xəstəliklərlə üz-üzə qoyur, mövcud xəstəlikləri olanlara isə ciddi və ölümcül təsir göstərir.
Şəhərin bəzi bölgələrində indeks 800-dən çox olub.

Dünya mediyası da bu məsələni müzakirə edir. Düşünülür ki, Delhinin hava kirliliyi digər qonşu ölkələrə də riskli təsirlər göstərə bilər.
Paytaxt rəsmiləri bu həftə tozun çirklənməsinin qarşısını almaq üçün əksər tikinti və söküntü işlərini dayandırdı və sakinlərə avtomobil və motosiklet səyahətlərini minimallaşdırmağa, mümkün olduqca evdən işləməyə və evdə kömür və odun istifadəsini azaltmağa çağırdı.
Qeyd edək ki, Hindistanla yanaşı Pakistan, Banqladeş kimi bir sıra ölkələr də dünyanın ən çirkli havasına sahib ölkələrin sıralamasında ilk beşlikdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31