Rusiyada kişi dostunu boşqabla öldürüb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyada 56 yaşlı Novosibirsk sakini dostunu qəsdən öldürməkdə şübhəli bilinərək saxlanılıb. Bu barədə İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb .
Hadisə oktyabrın 30-da  Surqutda baş verib . Kişi səfil həyat tərzi sürdüyü üçün dostu ilə mübahisə edib. Münaqişə zamanı o, dostunun üzünə boşqab vurub və nəticədə zərərçəkmişin üzü kəsilib. Bir müddət sonra o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı "Zərərçəkmiş şəxsin ölümünə səbəb olan sağlamlığa ağır zərər vurma" maddəsi ilə cinayət işi başlanıb.
Bundan əvvəl Novosibirsk vilayətində ölümlə nəticələnən ov hadisəsinin araşdırıldığı bildirilmişdi .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31