Türkiyədə Hüseyn Cavidə həsr olunmuş beynəlxalq simpozium keçirilir - ÖZƏL
4 Noyabr 2022 10:46 DünyaDahi Azərbaycan şairi Hüseyn Cavidin anadan olmasının 140 illiyi ilə əlaqədar olaraq ölkədən kənarda da silsilə tədbirlər keçirilir. "OLAYLAR" xəbər verir ki, belə tədbirlərdən biri Türkiyənin İstanbul şəhərində təşkil olunub. Tədbirdə iştirak edən İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli bildirib ki, bu məqsədlə İstanbul Marmara Universitetində dahi Hüseyn Cavidə həsr olunmuş beynəlxalq simpozium keçirilir:
"Simpoziumun təşkilatçısı İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbdir. Tədbirdə dünyanın bir sıra ölkələrindən tanınmış Cavidşunaslar iştirak edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31