"Türkiyə dünya ərzaq böhranının qarşısını aldı" - Stoltenberq
3 Noyabr 2022 21:39 DünyaTürkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransı keçirib.
Olaylar.az bildirir ki, nazir taxıl sazişinin bitməsi ilə bağlı onun 20 gün ərzində yenidən yenilənməsin lazım olduğunu bildirib.
İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesinə toxunan nazir Çavuşoğlu iki ölkənin Madrid razılaşmasına sadiq olduqlarını təsdiqlədiklərini deyib.
NATO-nun baş katibi Türkiyənin NATO-nun mühüm müttəfiqi olduğunu bildirib. Y.Stoltenberq Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın taxıl böhranı ilə bağlı "Türkiyə dünya ərzaq böhranının qarşısını aldı" deyib. Y.Stoltenberq R.T.Ərdoğana təşəkkür edib.
Y.Stoltenberq Finlandiya və İsveçin Türkiyənin terrorla mübarizə ilə bağlı narahatlığını aradan qaldıracağını bildirib.
trend