"BMT Nizamnaməsinə uyğun sülh hamımızın məqsədidir" - Quterreş
3 Noyabr 2022 19:12 DünyaUkraynadakı vəziyyət hələ də sülhün bərqərar olmasından uzaqdır.
Olaylar.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş bildirib.
"Müharibənin başa çatmasına gəlincə, düşünürəm ki, hələ gedəcəyimiz bir yol var. Əlbəttə ki, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun sülh hamımızın məqsədidir", - Quterreş deyib.
"Lakin mən hesab edirəm ki, biz hələ də bundan nisbətən uzağıq və bu istiqamətdə hərəkəti sürətləndirmək üçün hər şeyi etməliyik", - o əlavə edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31